
Quba rayonunun Əsparəsti kəndində anadan olan Əfsəl Qazıyev 48 yaşında Dövlət İmtahan Mərkəzinin bakalavriat səviyyəsində keçirdiyi qəbul imtahanlarında iştirak edib və topladığı balla ali məktəblərin müvafiq ixtisaslarına seçim hüququ qazanıb.
"Qaynarinfo" Azərtac-a istinadən xəbər verir ki, ölkəmizdə kənd təsərrüfatına dövlət qayğısını, bu sahədə böyük perspektivləri nəzərə alan Əfsəl Qazıyev Azərbaycan Dövlət Aqrar Universitetinin aqronomluq fakültəsinin əyani təhsil forması üzrə ekologiya ixtisasını seçib.
Yalnız dövlət sifarişli bu ixtisasda oxuyan tələbələr təhsil haqqından azad edilməklə yanaşı, aylıq təqaüdlə də təmin olunurlar. Hazırda böyük oğlu hərbi xidmətdə olan dörd övlad atası Əfsəl Qazıyev universitetin tələbə evində yaşayış yeri ilə təmin olunub.
Qaynarinfo.Az

