Xəbər lenti

Yatmış uşaq FHN-i ayağa qaldırdı
Ölkə19:25 11.03.2013

Yatmış uşaq FHN-i ayağa qaldırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Yatmış uşaq hər kəsi həyəcanlandırıb. Qaynar.info FHN-nin rəsmi saytına istinadla bildirir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda 1 nəfər 2006-cı il təvəllüdlü azyaşlı mənzildə köməksiz vəziyyətdə qalıb.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin azyaşlı giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir.

Xilasedicilər beşmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində yerləşən mənzilə xüsusi alət və avadanlıqlar vasitəsilə damdan enərək eyvandan daxil olublar.

Mənzilə baxış keçirilərkən azyaşlı yatmış vəziyyətdə aşkar edilib və valideyinlərinə təhvil verilib.

Əməliyyat saat 21:10-da başa çatıb.

Qaynar.info