Xəbər lenti

Yaxın gələcəkdə dağılması ehtimal olunan ölkələr (SİYAHI)
Dünya08:29 08.12.2018

Yaxın gələcəkdə dağılması ehtimal olunan ölkələr (SİYAHI)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dünyanın bəzi ölkələri siyasi və iqtisadi problemlər səbəbindən yaxın zamanlarda dağıla bilər.
Qaynarinfo həmin ölkələri təqdim edir:
Şimali Koreya: Qapalı ölkələ ölkə olan Şimali Koreyanın 21-ci əsri başa vurmağa çatacaq qədər qaynaqları yoxdur.
İspaniya: 2008-ci ildən bəri ciddi iqtisadi böhranla üz-üzə qalan İspaniyanın ümumi borcu 2018-ci ilin avqustunda ÜDM-nin 98,3 faizinə çatıb və işsizlik səviyyəsi 15,2 faizdir. Həmçinin ölkənin Bask və Kataloniya bölgələri də son illərdə muxtariyyət tələb edirlər.
Belçika: Belçika Valoniya və Flandre olmaqla iki ayrı bölgəyə bölünmüş vəziyyətdədir. Bu iki bölgə arasında ortaq nöqtələr çox azdır. Politoloqlar ölkənin yaxın gələcəkdə 2 yerə bölünüb, yerində Valoniya və Flandre adlı 2 yeni dövlətin yaranacağını düşünürlər.
Çin: Dünyanın ən güclü ordularından birinə və iqtisadiyyatına sahib olan Çində ətraf mühit problemləri gün keçdikcə artır. Ölkənin təbii qaynaqlarının yarısının çirkləndiyi düşünülür.
İraq: İraq hazırda 3 fərqli bölgəyə ayrılmış vəziyyətdədir. Mütəxəssislər yaxın gələcəkdə həmin bölgələrin muxtariyyət tələbi ilə ayrılmaq istəyəcəklərini ehtimal edirlər. 2011-ci ildən bəri vətəndaş müharibəsinin getdiyi İraqda daha bir müharibənin başlaması da ehtimallar sırasındadır.
Böyük Britaniya: Brexit səbəbindən gündəm olan Birləşmiş Krallıqda Uels və Şimali İrlandiyanın daha çox müstəüillik istəməsi məlumdur. 2014-cü ildə Şotlandiya Krallıqdan ayrılmaq üçün referendum təşkil etmiş, lakin nəticələrə görə birlikdə qalma qərarı çıxmışdı.
Maldiv adaları: Qlobal iqlim dəyişikliyi səbəbindən Maldiv adaları yaxın gələcəkdə su altında qala bilər.
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!