
Suriya Dəməşqə endirilən raket zərbələrindən sonra raketlərini İsrailə tuşlayıb.
Qaynar.info-nun məlumatına görə, bu barədə İsrailin "Jerusalem Post" qəzeti Bəşər Əsədə yaxın olan yüksək çinli suriyalı məmurlardan birinə istinadən xəbər yayıb.
Buundan başqa Suriyanın informasiya naziri Omran Zoabi xəbərdarlıq edərək, raket zərbəsinin mümkün ola biləcək hər şeyə qapı açdığını deyib.
Suriya xarici işlər nazirinin müavini Fayzal Mekdad CNN-ə verdiyi açıqlamasında deyib ki, Dəməşq İsrail hərbi hava qüvvələrinin zərbəsini müharibə elanı kimi qiymətləndirib və mütləq hər hansı cavab zərbəsi endiriləcək.
Qeyd edək ki, Suriya hökuməti mayın 5-də İsrailin Dəməşdə yerləşən tədqiqat mərkəzinə aviazərbələr endirdiyini bildirib. İsrail isə Suriyanın Hizbullah qruplaşmasına raket aparan karvanı məhv etdiyini deyib.
Qaynar.info