Xəbər lenti

Yaxın üç gün ərzində havanın temperaturu yüksələcək
Ölkə10:46 24.03.2020

Yaxın üç gün ərzində havanın temperaturu yüksələcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda üç gün ərzində gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Qaynarinfo-ya verilən məlumata görə, yaxın üç gün ərzində ölkə ərazisində nisbətən sabit, əsasən yağmursuz hava şəraitinin davam edəcəyi gözlənilir.
Zəif cənub-şərq istiqamətində külək əsəcək. Havanın temperaturu tədricən 2-3° yüksələrək Bakıda və Abşeron yarımadasında 18°, Mərkəzi Aran rayonlarında 20°, dağlıq rayonlarda 13°-dək isti olacaq.