
Yazıçı Azad Qaradərəli dövlət qulluğundan azad edilməsi ilə bağlı ərizə yazmağa məcbur olub.
Qaynar.info məlumat verir ki, bu barədə yazıçı öz facebook səhifəsində məlumat verib. Məlumatda qeyd olunub: "Bu gündən etibarən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindəki tutduğum baş məsləhətçi vəzifəsindən azad olundum. Qarşımda iki şərt qoyulmuşdu: ya ədəbi yaradıcılığımı dayandırmalı, ya da ərizə yazıb işdən azad olunmalı. Mən təbii ki, ikincini seçdim. Ərizəmi yazıb getdim".
Məlumat üçün bildirək ki, Dövlət Qulluğu haqqında qanunda yaradıcılıqla məşğul olmağa icazə verilir. Eyni zamanda yaradıcılıq azadlığı hər bir Azərbaycan vətəndaşının konstitusiyada təsbit olunmuş hüququdur.