"Coldplay" qrupunun solisti Kris Martin və aktirsa Dakota Conson yeddi illik münasibətdən sonra nişanlarını qaytarıblar.
Qaynarinfo bu barədə "Daily Mail"a istinadən xəbər verir.
Cütlüyə yaxın mənbə bildirib ki, 47 yaşlı musiqiçi və 34 yaşlı aktrisa davam etməmək qərarına gəliblər. Martin və Consonun nümayəndələri hələlik xəbərə münasibət bildirməyiblər.
Consonun Avropa turu zamanı Martini müşayiət etmədiyi, lakin iyun ayında "Coldplay"in "Glastonbury" şousunda iştirak etdiyi bildirilir. Daha əvvəl paparassilər Dakota Consonun 2020-ci ildən taxdığı nişan üzüyü olmadan şəklini çəkmişdilər.
Martin və Conson 2017-ci ildə musiqiçi qızı aktrisa Qvinet Peltroudan boşandıqdan sonra görüşməyə başlayıblar. Martin və Qvinetin iki övladı var: 20 yaşlı Apple, 18 yaşlı Musa.
Conson əvvəllər musiqiçi Noah Qerş, aktyor Cordan Masterson və "Drowners"in üzvü Mattey Hittlə sevgili olub.
Aydın