Xəbər lenti

Yekə şairin balaca şeirləri... - Orxan Saffari
Orxan Saffari
Sənət09:38 31.03.2021

Yekə şairin balaca şeirləri... - Orxan Saffari

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qaynarinfo Orxan Saffarinin "Minimalist şeirlər"ini təqdim edir:
Qocala bilsəydi atam,
Görəsən,
necə görünəcəkdi?!
*
"Dəli-dolusan" deyirlər,
İndi daha çox doluyam.
*
Darıxdığımız biri həmişə var,
Edə biləcəyimiz bir şey yoxdur.
*
Tale yollarım idi,
Atamın nahamar əlləri
*
Babam oğlundan doymadı,
Mən atamdan,
Qorxuram, oğlum...
*
Həyatda gözlədiyin tək adamla
Gəlməyən tək adamın eyni olması gerçəyi...
**
Təklik gözəldir,
amma baxır, kim ilə təksən.
*
Toyuna bir gün qalmış bakirəliyini bərpa etdirən qadın,
Ərinin ona etdiyi xəyanətə görə boşanmışdı.
*
Gəlməyən adam elədir ki,
Ona hec vaxt getmək olmur.
*
Gəlib-gedən adamın
Qalan dərdi çox olar.
*
İçi xoşbəxtlik daxil,
sonu olan hər şey kədərlidir...
*
Səndə mənim uşaqlığım böyüyür.
*
Saçın küləyin oyuncağıdı,
Barmaqlarım flüger.
*
Ürəyimdə baş tutmayan
Sevgilərin hüznü var...
*
Ömrümüz 
bizi ortada qoyan adamların arxasınca sürünməklə keçdi.
*
Birində qışqırıb qusacam,
İçimdə bütün susduqlarımı...