Sudiyyə Ərəbistanı ilə Husi silahlı qüvvələri arasında Yəməndə atəşkəs barədə razılıq əldə edilib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Wall Street Journal" məlumat yayıb. Məlumata görə, atəşkəs razılığı paytaxt Sənanın da daxil olduğu dörd bölgəni əhatə edir. Əgər hər iki tərəf qərara əməl edə bilsə, ölkənin digər ərazilərində də sabitlik yaradılması üçün görüşlər keçiriləcək.
İddiaya görə, Husilər Səudiyyə Ərəbistanı və ABŞ-a İranla əlaqələri kəsmək vədi verə bilər.
Qeyd edək ki, atəşkəs barədə məlumatdan sonra neftin qiyməti ucuzlaşıb.
Gülşən