Xəbər lenti

Yəməndə qarşıdurmalar şiddətlənib
Dünya08:29 04.12.2017

Yəməndə qarşıdurmalar şiddətlənib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Yəmənin paytaxtı Sənada Husi qüvvələri ilə sabiq prezident Əli Abdulla Saleh tərəfdərları arasında davam edən mübarizə gecə saatlarında daha da kəskinləşib.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, Saleh tərəfdarlarından verilən məlumatda Husilərin Cəzair məhləsinə doğru irəlilədiyi, ətraf ərazilərdə nəzarətin ələ keçirildiyi, lakin verilən qarşılıq nəticəsində Husi qüvvələrinin geri çəkilmək məcburiyyətində qaldığı bildirilir.
BMT-nin Yəmən Humanitar Yardım Koordinatoru Ceymi MakQoldrik məsələ ilə bağlı açıqlama verərək paytaxt Sənada hakimiyyət əleyhinə qüvvələr arasında davam edən müharibədən narahat olduqlarını bildirib və şiddətə son verilməsini istəyib. O bildirib ki, qarşıdurmalar nəticəsində çox sayda sivil ölüb və yaralanıb. 
Gülşən