Yəməndə Türkiyəyə aid gəminin raket hücumuna hədəf olduğu iddia edilib.
Qaynarinfo Türkiyə KİV-inə istinadən xəbər verir ki, "İnce İnebolu" adlı gəmi Yəməndə Husilərin nəzarətində olan limana 50 min ton rus buğdası daşıyırdı. Nəticədə gəminin gövdəsinə ciddi zərər dəyib. Gəmi kapitanının müraciətinə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri cavab verib.
Partlayışın səbəbi kimi raket hücumu göstərilir, lakin hadisəyə texniki nasazlığın səbəb ola biləcəyi də istisna edilmir.
Qeyd edək ki, Yəməndə 3 ildir davam edən vətəndaş müharibəsi ərzində ərazidəki yük gəmiləri dəfələrlə Husi qüvvələrinin hücumuna məruz qalıb.
Gülşən