Xəbər lenti

Yeni Bakı yaşayış massivində işıq problemi - Şikayət var
Ölkə13:25 06.01.2017

Yeni Bakı yaşayış massivində işıq problemi - Şikayət var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Vətəninfo.az-ın elektron ünvanına Elman Bağır adlı şəxs tərəfindən şikayət daxil olub. 

Daxil olan şikayət Abşeron rayon Masazır qəsəbəsində yerləşən Yeni Bakı yaşayış şəhərciyi ilə bağlıdır. Şikayəti olduğu kimi təqdim edirik:

Cənab Prezident İlham Əliyev bu yaxınlarda ASAN KOMMUNAL mərkəzinin yaradılması ilə bağlı sərəncam imzalayıb. Sərəncamda kommunal xidmətlərin operativliyi ilə yanaşı, xidmət haqqlarının vahid mərkəzə ödənilməsi ilə dövlət büdcəsindən kənar ödənişlərin qarşısının alınması nəzərdə tutulur. Bu sərəncam eyni zamanda yeni tikilmiş binalarda tikinti şirkətləri tərəfindən sakinlərdən qeyri-qanuni şəkildə yığılan kommunal ödənişləri də özündə ehtiva edir. Təəssüflər olsun ki, bir çox tikinti şirkətləri kimi Yeni Bakı şəhərciyini inşa etmiş İDF MMC də prezidentin məlum sərəncamına heç bir məhəl qoymur, sakinləri təhdid etməkdə davam edir.

Bu gün isə Yeni Bakı Şəhərciyini inşa edən və şəhərcikdə qanunsuz idarəetmə həyata keçirən İDF MMC-nin komendantlıq adlanan saxta qurumu mənzillərə aşağıdakı şəkildə gördüyünüz bildirişlər paylayıb sakinlərə hədə-qorxu gəlir ki, bu məbləği ödəməsəniz, mənzillərinizin elektrik təminatı dayandırılacaq. Sual yaranır. Prezident ASAN KOMMUNAL MƏRKƏZİNİN yaradılması haqqında sərəncam imzaladığı halda, necə ola bilər ki, İDF MMC prezidentin məlum sərəncamına qarşı çıxır? Yəni bu şəhərcikdə cəngəllik qanunlarımı hökm sürür? Digər bir məqam. Sakinlərin elektrik enerjisinə heç bir borcu olmadığı halda, İDF MMC Azərişığa elektrik enerjisinə görə hazırda 96.000 manat məbləğində borcu var və bu borc biz sakinləri çox narahat edir.

Maraqlısı budur ki, sakinlər elektrik enerjisinə olan borcu ödədiyi halda, niyə İDF MMC sakinlərdən yığdığı bu pulu dövlət büdcəsinə ödəmir? Niyə sakinlər "Azərişıq" ASC qarşısında borclu vəziyyətdə qalır? Məsələn ilə bağlı biz sakinlər cənab prezidentə müraciət edəcəyik".

Qaynarinfo.Az