"Ümid edirəm ki, 3 ay müddətində rəqabətli mühitə zərər vurmayan tənzimləmə qaydaları gətiriləcək. Çünki daha sərt tənzimləmə qaydaları gətirilsə, bu sahədə rəqabətsizlik mühiti yarana bilər və yaxud da inhisarçılıq meyilləri arta bilər”.
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli "Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" fərmandan danışarkən deyib. Onun sözlərinə görə, bu, həmin xidmətin qiymətinin yüksəlməsinə səbəb ola bilər:
"3 ay müddətində qaydalar açıqlanacaq. Ondan sonra bu haqda daha detallı açıqlama vermək olacaq. Amma praktika onu göstərir ki, tənzimləmə olan yerdə həmişə qiymətlərin yüksəlməsi və rəqabətin zəifləməsi müşahidə olunur. Yəni, dövlət hara müdaxilə edirsə, çox ciddi şəkildə tənzimləməyə cəhd göstərirsə, bu zaman rəqabətsizlik artır və qüymətlər də yüksəlir. Taksi qiyməti son 5-6 ildə ən çox ucuzlaşan yeganə xidmət sahəsidir ki, bütün sahələrdə qiymətlər artır, tək taksi qiymətindən başqa”.
Natiq Cəfərli hesab edir ki, bunu tənzimləməyin başqa yollarını tapmaq daha doğru olar.
Bahar Rüstəmli