Xəbər lenti

Yeni müdafiə naziri Qarabağın azadlığından danışdı
Ölkə13:22 28.10.2013

Yeni müdafiə naziri Qarabağın azadlığından danışdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Filip Leforu qəbul edib.

Nazirliyin mətbuat xidmətindən Qaynar.info daxil olan xəbərə görə, Filip Lefor Azərbaycanın Avropa İttifaqı üçün ən vacib tərəfdaş ölkələrdən biri olduğunu bildirməklə yanaşı Müdafiə nazirini yeni vəzifəyə təyin edilməsi münasibəti ilə təbrik etmək fürsəti tapmasından məmnunluğunu söyləyib və ona gələcək işlərində uğurlar arzulayıb.

Regiondakı vəziyyət və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin müzakirə olunduğu görüşdə müdafiə naziri Zakir Həsənov bildirib ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı, Azərbaycanın Respublikasının prezidenti İlham Əliyevin ordu siyasətində qoyduğu hədəflər dəyişməzdir və güclü dövlət, güclü ordu siyasəti başlıca məqsəddir. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövcud vəziyyəti şərh edən Müdafiə naziri bildirib ki, biz torpaqlarımızın sülh yolu ilə azad edilməsinin tərəfdarıyıq, lakin ərazilərimizin işğaldan azad etmək hüququnu da özümüzdə saxlayırıq.    

Qaynar.info