Xəbər lenti

"Yeni Müsavat"dan Azər Ayxanın istefası ilə bağlı rəsmi açıqlama
Ölkə12:31 08.07.2022

"Yeni Müsavat"dan Azər Ayxanın istefası ilə bağlı rəsmi açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
‘’Yeni Müsavat’’ Media Qrupu bildirir açıqlama yayıb.
Qaynarinfo xəbər verir ki, açıqlamada "Yeni Müsavat" qəzetinin baş redaktoru Azər Ayxan istefa ərizəsi yazaraq, vəzifəsindən azad olunmağı xahiş etdiyi bildirilir.
"Onunla aparılan danışıqların heç bir müsbət nəticə vermədiyini və son olaraq bu istefanın qəbul olunduğunu bəyan edirik. "Yeni Müsavat" Media Qrupu Abbasov Azər Arif oğlu ilə əmək müqaviləsinə xitam verir və yollarının ayrıldığını təəssüflə bildirir. Ona bundan sonrakı fəaliyyətində uğurlar arzulayır, Media Qrupunun yolunda göstərdiyi fədakarlıqlar, verdiyi əmək üçün minnətdarlığımızı bildiririk", deyə "Yeni Müsavat" Media Qrupundan qeyd edilib.