Xəbər lenti

Yeni qanun qalmaqala səbəb oldu - Açıqlama
Ölkə11:36 06.02.2015

Yeni qanun qalmaqala səbəb oldu - Açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Reklam haqqında" Qanunun yeni layihəsində sponsor reklamlarının yayımlanması üçün müddət müəyyənləşdirilib. 

Layihəyə əsasən, sponsor reklamında yalnız sponsorun adı, fəaliyyəti və əmtəəsi haqqında ümumi həcmi 2 dəqiqədən çox olmayan müddətə məlumat təqdim oluna bilər.

 Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bu barədə Arqument.Az-a deyib ki, reklam istehlakçıların istəklərini doğrultmur: “Reklama pul xərclənir, istehlakçı reklamın arxasınca gedir, nəticədə ayrı mənzərə ilə qarşılaşır. Getdikcə reklamın haqlı olduğu və istehlakçını aldatmağa yönəlməyi reklama qoyulan pulun özünü doğrultmamasına gətirib çıxarır. Bununla da istehsalçıda bu məsələyə ikrah hissi yaranır və reklamın dalınca getmir”.

E. Hüseynovun sözlərinə görə, sponsor reklamlarının yayımlanması üçün 2 dəqiqədən çox olmayan müddətin qoyulması təqdirəlayiq addımdır. 

Bu vəziyyət aradakı narazılıqlara kömək edə bilər. 

Yeni layihədə əmtəənin adının sponsor qismində göstərilə bilməyəcəyinə fikir bildirən E. Hüseynov bildirib ki, bu məsələ sponsorun "başının kəsilməsi" deməkdir: “Sponsor reklamlarında əmtəənin adının göstərilməsinə zərurət var”.

Qaynar.info