
Oda Teatrı yeni hazırladığı "Səncə döyəcəklər?" tamaşasının ilk 2 nümayişini keçirdi.
Nümayiş tamaşaçılar tərəfindən yüksək qarşılandı. Və teatr qərara aldı ki, bu tamaşanın təkrar nümayişini 5 və 6 oktyabr, saat 19:00-da Odanın daimi məkanı olan Zirzəmi-də yenidən nümayiş etdirsin.
Məlumat üçün bildirək ki, Oda Teatrı Rumın dramaturqu Matey Vişnekin “Səncə, döyəcəklər?” əsərini səhnələşdirib. “Səncə, döyəcəklər?” eyniadlı tamaşası Azərbaycanda ilk dəfə nümayiş olunub. Oda Teatrı hər kəsi oktyabrın 5-i və 6-sı saat 19:00-da adıçəkilən tamaşaya baxmağa dəvət edir. Tamaşada Azərbaycan teatrlarında indiyədək görmədiyiniz quruluşla tanış olacaqsınız. Bu tamaşada ötən tamaşadan da fərqli olaraq bir çox yeniliklər və fərqliliyin şahidi ola bilərsiniz. Oda üzvləri “Səncə, döyəcəklər?” tamaşası ilə teatr standartlarını qıracaqlarını bildirirlər.Müəllif haqda qısa məlumat: Matey Vişnek (1956) – Rumın dramaturqu, şair və nasiridir. Fransız və rumın dillərində yazır. Bir çox mükafatların, o cümlədən Avinyon teatr festivalı prizinin (1996, 2008) laureatıdır. "Səncə, döyəcəklər?" qısa pyesinin müəllifidir. Pyesi Azərbaycan dilinə tanınmış yazar Zamin Hacı tərcümə edib.
Qaynar.info