Xəbər lenti

Yenidən həccə getmək istəyən zəvvarlara vergi tətbiq edildi
Dünya15:02 05.08.2017

Yenidən həccə getmək istəyən zəvvarlara vergi tətbiq edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Səudiyyə Ərəbistanı hökuməti yenidən həccə getmək istəyən zəvvarlar üçün vergi tətbiq edib.

"Qaynarinfo" vergiler.az saytına istinadla bildirir ki, 2015-ci və 2016-cı illərdə həcc ziyarətində olub və bu il də həcc ziyarətinə getmək niyyətində olanlar viza üçün 2000 rial (535 dollar) məbləğində vergi ödəməlidirlər.

“Marva Tur” şirkəti 2017-ci ildə həcc ziyarətinə yenidən gedən zəvvarların şirkətin ofisinə təcili olaraq müraciət etmələrini istəyib. “Təəssüf ki, vergi ödənişi edilmədən zəvvarların xarici pasportları səfirliyə göndərilməyəcək”, - deyə şirkətdən bildirilir.

Qaynarinfo.Az