Xəbər lenti

Yer kürəsinin necə məhv olacağı məlum oldu - ARAŞDIRMA
Dünya17:41 02.07.2013

Yer kürəsinin necə məhv olacağı məlum oldu - ARAŞDIRMA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Kompüter modelləşdirilməsi yolu ilə aparılan araşdırma nəticəsində alimlər Yer üzündə həyatın necə məhv olacağını müəyyən ediblər. 

Məlum olub ki, yer üzünün son sakinləri yüksək temperatura və oksigen azlığı şəraitində yaşamağa uyğunlaşmış bakteriya-eskreofillər olacaq. 

ANN.Az-ın dünya mətbuatına istinadən verdiyi xəbərə görə, bu mikrorqanizmlər də məhv olacaqlar: 2,6 mlrd. il sonra yer üzü heç bir canlının yaşamadığı isti səhraya çevriləcək.

Günəşin həcminin böyüyüb Yer üzünü məhv edəcəyi barədə nəzəriyyə yeni deyil. Amma Sent-Endyüs  Universiteti (Şotlandiya) alimləri bunun  nə zaman baş verəcəyini hesablayıblar. Alimlərin fikrincə, hər şey okeanların kütləvi buxarlanmasından sonra baş verəcək.

BBC araşdırmalara rəhbərlik edən Cek O Melliyə istinadən yazır ki, buxarlanma temperaturun və atmosfer təzyiqinin tədricən qalxmasına və eyni zamanda oksigenin azalmasıma səbəb olacaq. Nəticədə əvvəlcə insanlar, sonra bitkilər və xırda heyvanlar məhv olacaq. Sonda 115 dərəcə istidə yaşamağa qabil olan bakteriya-eskreofillər qalacaq, sonra onların da nəsli kəsiləcək. 

Alimin fikrincə, hələ həyat üçün yararlı planeti tapmaq üçün zaman var və kompüter modeli buna yardım edə bilər. 

Qaynar.info