Xəbər lenti

Yerə doğru nəhəng tırtıl gəlir - Ehtiyatlı olun
Dünya09:13 02.10.2013

Yerə doğru nəhəng tırtıl gəlir - Ehtiyatlı olun

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sentyabrın 30-da Günəşdə yüklənmiş hissəciklərin çox güclü partlayışı olub. Partlayış nəticəsində yaranmış yüklü hissəciklərin axını Yerə doğru sürətlə hərəkət edir.


Milli.Az Global İnfo-ya istinadən bildirir ki, nəhəng Günəş elektromaqnit tufanı dalğası 3 saatdan sonra planetimizə çatacaq.
 
ABŞ-ın Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) alimlərinin dediklərinə görə, maqnit tufanı bütün qitələri və ölkələri "vuracaq".
 
Rusiyanın Yer Maqnetizmi, İonosfer və Radiodalğaların Yayılmasının Tədqiqatları İnstitutunun Kosmik İqlim Proqnozları Mərkəzinin direktoru Sergey Qaydaş RİA Novosti-yə bildirib ki, Günəşdəki partlayış nəticəsində ondan nəhəng elektromaqnit "ilgək" qopub.
 
"Bu ilgək ölçülərinə görə Günəş diskinin yarısına bərabərdir və zahirən böyük tırtıla bənzəyir. O, formasını yüklənmiş hissəciklər axınını spiral təki tutan maqnit sahəsi nəticəsində qoruyur. "Tırtıl"ın daxilində yüz milyonlarla ton Günəş maddəsi var. "Tırtıl" planetlərarası məkanda sentyabrın 30-dan bəri hərəkətdə olduğundan Yerə təsir edəcək", - S.Qaydaş deyib.
 
Nəhəng plazma buludu Yerə qismən toxunacaq və bu, günün ikinci yarısında baş verəcək.
 
"Tırtıl"ın gücü mülayimdir. "Kr" geomaqnit tezləşmə indeksi isə 6-ya çata bilər.
 
Alimlər onu da vurğulayıblar ki, geomaqnit tezləşmə və ya tufanları yalnız həmin olaydan 3 gün əvvəl xəbər vermək olar.

Qaynar.info