Xəbər lenti

Yerevanda etirazlar davam edir
Ölkə17:16 20.06.2016

Yerevanda etirazlar davam edir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistan paytaxtında bu gün baş verən hadisələrə, ələlxüsus da Jirayr Səfilyanın həbsi və onun dövlət şevrilişinə cəhddə ittiham edilməsinə etiraz olaraq, demokratik ictimaiyyətin nümayəndələri Yerevanda etiraz aksiyaları keçirirlər.
Virtualaz.org-un xüsusi müxbiri xəbər verir ki, fəallar həbslərə və axtarışlara etiraz edir, erməni hakimiyyətinin ədalətli və qərəzsiz tənqidi dövlət çevrilişi kimi qələmə vermək cəhdlərini qınayırlar.
İctimai fəal İrina Arutyunanın və J.Səfilyanın həyat yoldaşının Yerevandakı Azadlıq meydanında etiraz aksiyasında fotoşəkli diqqətinizə çatdırırıq. Onlar J.Səfilyanın dərhal azadlığa buraxılmasını tələb edirlər.
Qaynarinfo.az