Yevlaxda 2 avtomobilin toqquşması nəticəsində ölənin şəxsiyyəti dəqiqləşdirilib.
Qaynarinfo "Report"a istinadən xəbər verir ki, ölən şəxs Yevlax sakini, Fəxri Fəxrədin oğlu Əlillidir.
Qeyd edək ki, hadisə rayonun Hürüuşağı kəndi yaxınlığında qeydə alınıb. "Hyundai-Sonata" markalı avtomobillə "Mercedes" markalı avtomobillərin toqquşması nəticəsində F.Əlilli hadisə yerində ölüb. Daha iki nəfər isə xəsarət alaraq xəstəxanaya aparılıb. Qəzaya düşən avtomobillərdən birinin banka məxsus olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.