Xəbər lenti

Yığmamız Gürcüstana qalib gəldi
İdman09:45 22.06.2022

Yığmamız Gürcüstana qalib gəldi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qadın həndbolçulardan ibarət yığma komandanın hazırlığı davam edir. 
Qaynarinfo xəbər verir ki, prosesə Bakıda təşkil olunan təlim-məşq toplanışı ilə start verən həndbolçularımız iyunun 16-dan  Gürcüstandadırlar.
Komandamız baş məşqçi Slavisa Ristiçeviç və köməkçi məşqçi Fuad Yangildinin rəhbərliyi ilə Tbilisidə keçirilən hazırlıqda Gürcüstan millisi ilə iki yoxlama görüşünda qüvvəsini sınayıb.
İyunun 18-də keçirilən birinci qarşılaşma 28:17 hesabı ilə yığmamızın xeyrinə başa çatıb.
İki gün sonra təşkil olunan növbəti yoldaşlıq görüşü də Azərbaycan təmsilçisinin üstünlüyü ilə yekunlaşıb - 26:16. 
Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunlarına hazırlıq məqsədi daşıyan təlim-məşq toplanışına iyunun 24-da yekun vurulacaq.