Maltada təlim-məşq toplanışında olan millimiz növbəti matçını keçirib.
Qaynarinfo xəbər verir ki, Canni De Byazinin rəhbərlik etdiyi komanda Latviya ilə qarşılaşıb. Maltanın paytaxtı Ta Qali şəhərində yerləşən "Milli Stadion"da keçirilən görüş rəqibin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Komandamız əvvəlki 4 yoldaşlıq matçının 3-də bu rəqiblə heç-heçə edib, birində qələbə qazanmışdı.
Azərbaycan yığması martın 25-də ilk yoldaşlıq görüşündə Maltaya 0:1 hesabı ilə uduzmuşdu.
Səbuhi Həsənov