Yoldaşlıq oyunları keçirmək üçün Sloveniyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu ölkənin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Qaynarinfo xəbər verir ki, 90+3-cü dəqiqədə penaltidən fərqlənən rəqib komanda yekunda 1:0 hesablı qələbə qazanıb.
Bu komandalar arasında növbəti oyun martın 24-də keçiriləcək.
Səbuhi Həsənov