19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin ikinci raundunda bu gün ilk oyununu keçirəcək.
Qaynarinfo xəbər verir ki, millimiz Şimali İrlandiyada, Bakı vaxtı ilə saat 17:00-da başlayacaq oyunda Farer adalarının müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
Qarşılaşmanı Estoniya və Şimali İrlandiyadan olan hakimlər idarə edəcək.
6 aprel
17.00. Farer adaları – Azərbaycan
Hakimlər: Triinu Laos (Estoniya), Anni Koppel (Estoniya), Viktoriya Finlay (Şimali İrlandiya), Ben Mcmaster (Şimali İrlandiya)
İnver Park. Larne.