21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi bu gün Estoniya yığması ilə qarşılaşacaq.
Qaynarinfo xəbər verir ki, Sumqayıtdakı "Kapital Bank Arena”da, saat 19:00-da keçiriləcək oyun "CBC Sport" televiziya kanalı vasitəsilə canlı yayımlanacaq. Qarşılaşmanı Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək.
Avropa çempionatının seçmə mərhələsi
19.00. Azərbaycan - Estoniya
Hakimlər: David Alexander Munro, Sean Carr, Douglas Potter, Grant İrvine
Sumqayıt, "Kapital Bank Arena"
Səbuhi Həsənov