Xəbər lenti

Yığmamız Norveçi məğlub etdi
İdman17:49 10.10.2013

Yığmamız Norveçi məğlub etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində növbəti oyunlar keçirilib. Virtualaz.org saytının məlumatına görə, Azərbaycan milli komandası 3-cü matçına çıxıb.

VIII seçmə qrupunda mübarizə aparan yığmamız Norveçdə meydan sahibləri ilə görüşüb. Hazırda turnir cədvəlinin son pilləsində qərarlaşan Bernard Lippertin yetirmələri meydandan 3 xalla ayrılıb.

Qeyd edək ki, qrupumuzda digər oyunda Portuqaliya İsraili qəbul edəcək.

Avro-2015-in seçmə mərhələsi

VIII qrup

10 oktyabr

NORVEÇ – AZƏRBAYCAN - 1:3
Qollar: Hussain, 54 - Erat, 56, 90+5, Ramazanov, 69
Drammen. “Marienlist” stadionu

Qaynar.info