U-21 millimiz bu gün Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti matçına çıxıb.
Qaynarinfo xəbər verir ki, Milan Obradoviçin rəhbərlik etdiyi komanda Norveçlə qarşılaşıb. "Bakcell Arena"da keçirilən görüş Norveç yığmasının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Millimizin yeganə qolunu 80-ci dəqiqədə İsmayıl Zülfüqarlı rəqib qapısından keçirib.
Təmsilçimiz AÇ-nin seçmə mərhələsi çərçivəsində buna qədər keçirdiyi qarşılaşmalarda Xorvatiyaya (0:2, 1:5), Avstriyaya (0:6, 0:3) hesabı ilə məğlub olan millimiz qrupdakı yeganə xalını Sumqayıtda Finlandiya ilə matçda qazanıb (1:1).
Səbuhi Həsənov