Rusiyanın Kazan şəhərində təşkil olunan I MDB oyunlarında iştirak edəcək 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin rəqibləri müəyyənləşib.
Qaynarinfo Futzal Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki B qrupunda yer alan komandamız Belarus və Qırğızıstan yığmaları ilə üz-üzə gələcək. Oyunlar sentyabrın 7 və 9-da keçiriləcək.
Baş məşqçi Ağatahir Əzimov Kazanda keçiriləcək oyunlarda bu futzalçıların xidmətindən istifadə edəcək:
Nazim Rəhimov, Fariz Mehrəliyev, Xəzər Ağalızadə, Azər Fərmanov, Nurlan Məmmədov, Məhəmməd Abbasov, Fərid Mikayılov, Asiman Yusubov, Şahmar Cəfərli, Əli Mahmudov, Elgün Rzayev, Mirzə Əmirov, Şaiq Vəlizadə, Fuad Məmmədzadə.
U-19 sentyabrın 5-də səfərə yollanacaq və ilk oyununa 2 gün sonra çıxacaq.
7 sentyabr, saat 16:00
Belarus – Azərbaycan
9 sentyabr, saat 18:00
Azərbaycan – Qırğızıstan
Səbuhi Həsənov