Xəbər lenti

Yol polisi ağır yol qəzası törətdi: 8 yaralı - FOTOLAR
Ölkə11:59 14.08.2015

Yol polisi ağır yol qəzası törətdi: 8 yaralı - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşının iştirakı ilə yol qəza hadisəsi baş verib. 
Aznews.az-ın əldə etdiyi məlumata görə, bir neçə gün öncə 99 YP 397 dövlət nömrə nişanlı avtomobili idarə edən polis əməkdaşı ağır qəza törədib. 
İşıqforun qadağan olunmuş işığında yolu keçən polis əməkdaşı sərnişin avtobusu ilə toqquşub. Nəticədə DYP əməkdaşı ağır xəsarət alıb və xəstəxanaya aparılıb. 
Sərnişin avtobusunda isə 7 nəfərin xəsarət aldığı bildirilir.
Qaynar.info