
Yol polis əməkdaşının piyadanı vurması haqda sosial şəbəkələrdə məlumat yayılıb.
Qaynar.info saytı xəbər verir ki, hadisə Göy məscidin yaxınlığında baş verib.
Məlumatı paylaşan şahid hadisəni belə təsvir edib:"Həyətdə durmuşdum və birdə gördüm ki, məhəlləmizə bir DYP maşını daxil oldu, içindən tələsik bir polis nəfəri çıxıb nömrələri və qıraqda yapışan nömrələri çıxardıb qaçdı. Yaxınlaşıb həmin maşınını çəkdim. Görünür ki yol polis işçisi qəza törədib, hansısa vətəndaşı vurub (maşının ön şüşəsi çat verib, güzgü və miqalkası sınıb) və hadisə yerindən qaçıb.
İz saxlamasın deyə bütün nömrələri çıxardıb".
Qaynar.info

