Xəbər lenti

Yol polisindən sürücülərə xəbərdarlıq: "Diqqətli olun!"
Ölkə08:30 26.10.2018

Yol polisindən sürücülərə xəbərdarlıq: "Diqqətli olun!"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Baş Dövlət Yol Polisi İdarəsi yol iştirakçılarının nəzərinə çatdırır ki, havanın kəskin dəyişməsini nəzərə alaraq, son dərəcə diqqətli olsunlar.
Qaynarinfo xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rüfət Quliyev baku.ws-ə açıqlamasında bildirib. Qurum rəsmisi vurğulayıb ki, sürücülər avtomobili idarə edən zaman mütləq ara məsafəsi saxlasınlar.
"Əlverişsiz hava şəraitində optimal sürət seçsinlər. İşıqlandırmanı düzgün təyin etsinlər”, - deyə Rüfət Quliyev bildirib.
Hava şəraitindən asılı olaraq, müəyyən yollarda sürət həddi aşağı salına bilər. Bu və digər addımlar yol iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi üçün atılır.