APA-nın verdiyi məlumata görə, hadisə bu gün saat 15 radələrində şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
Heydər Əliyev prospekti ilə hərəkətdə olan Gəncə şəhər sakini, 1983-cü il təvəllüdlü Zamanəddin Fərəcovun idarə etdiyi “VAZ 2106” markalı avtomobillə, prospektdən başqa küçəyə dönmə əməliyyatını yerinə yetirən, 1950-ci il təvəllüdlü Rafiq Məmmədovun idarə etdiyi “VAZ 2106” markalı avtomobil toqquşub. Hadisə zamanı Zamanəddin Fərəcovun avtomobilində olan iki sərnişin, 21 yaşlı Məlahət Qurbanova ilə 18 yaşlı Ayişə Fərəcova bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan onların səhhətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Tədqiqat İdarəsinin müstəntiqi Elçin Əzizov tərəfindən araşdırma aparılır. İlkin ehtimallara görə, qəzaya səbəb Rafiq Məmmədovun avtomobillə dönmə əməliyyatını düzgün yerinə yetirməməsi olub.