
Ucarda iki nəfərin ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Ucar rayon polis şöbəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün axşam saat 21:00 radələrində rayonun Qazyan – Boyat yolunda qeydə alınıb. Ucar rayonu Boyat kənd sakini, 1977 – ci il təvəllüdlü Məznunov Əli Səttar oğlu idarə etdiyi BMW markalı maşınla hərəkətdə olarkən, qəflətən idarə etməni itirib və yoldan çıxaraq aşıb.
Nəticədə sürücü və onun həmyerlisi olan sərnişin, 1984 – cü il təvəllüdlü Hümmətov Həsən Mahəddin oğlu ağır bədən xəsarətləri alıb. Onlar Ucar Mərkəzi rayon xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Xəstəxanadan APA–ya verilən məlumata görə, yaralılara ilkin tibbi yardım göstərilsə də, vəziyyətləri ağır olaraq qalır.