Xəbər lenti

Yola çıxanların nəzərinə - Mərkəzi yol bağlıdır
Ölkə06:44 22.03.2015

Yola çıxanların nəzərinə - Mərkəzi yol bağlıdır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC sürücülərə yenidən xəbərdarlıq edib. 

“Azəryolservis” ASC-nin Mətbuat Katibliyindən Qaynar.info-ya daxil olan məlumatda bildirilir ki, martın 22-si səhər saatlarından Yusif Səfərov küçəsinin Baş Polis İdarəsinin qarşısından Heydər Əliyev və Babək prospektlərinə çıxışı nəqliyyatın hərəkəti üçün artıq dayandırılıb.

Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.

Alternativ yol kimi Xocalı prospekti və Nəcəfqulu Rəfiyev küçəsindən istifadə etmək məsləhət görülür.

Qeyd edək ki, yolların bağlanmasında səbəb frezlənmiş hissədə asfalt-beton örtüyünün yenilənməsi ilə bağlıdır.

Qaynar.info