Xəbər lenti

Yollarda “at oynadan”lar qəza törətdilər
Ölkə11:40 08.10.2013

Yollarda “at oynadan”lar qəza törətdilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Gəncədə ötən gecə iki avtomobil qəzası baş verib. “Kəpəz TV”nin verdiyi məlumata görə, hər iki hadisə Şah İsmayil Xətai prospektində qeydə alınıb.

Belə ki, Gəncədə birinci qəza Şah İsmayil Xətai prospektilə Tağı Arani küçəsinin kəsişməsində baş verib. Sürətlə hərəkət edən “VAZ-2101” markalı avtomobil “Mercedes Benz” markalı avtomobillə toqquşub. Nəticədə “Mercedes” yolun kənarında olan dirəyə çırpılıb. Hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəysə də, xoşbəxtlikdən, insan tələfatı olmayıb. Şahidlərin sözlərinə görə, günah “VAZ-21011” markalı avtomobilin sürücüsündə olub.

Hər iki sürücü sərxoşluq testindən keçmək üçün tibbi müayinəyə göndərilib. Avtomobillər isə cərimə meydançasına aparılıb.

Digər qəza da Şah İsmayil Xətai prospektində baş verib. Sürətlə hərəkət edən “VAZ-21015” markalı avtomobil işıqforda dayanan “Niva” markalı avtomobilə çırpılıb. Nəticədə “VAZ-2121” zərbənin gücündən bir neçə dəfə aşıb. Hər iki avtomobildə olan sərnişin və sürücülər təcili olaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar.

Onların vəziyyəti kafi qiymətləndirilsə də, həyatları üçün təhlükənin olmadığı bildirilib.Araşdırmalar zamanı “Niva”nın sürücüsünün Tərlan Əliyev olduğu məlum olub. “VAZ-21015” markalı avtomobilin sürücüsünün şəxsiyyətini isə müəyyən etmək mümkün olmayıb. Hazırda onun tapılması üçün Gəncə şəhər Baş Polis İdarəsində axtarış tədbirləri həyata keçirilir.

Hadisə şahidlərinün sözlərinə görə, “VAZ-21015” və “VAZ-2107” markalı avtomobillə ötüşüb. Nəticədə hər iki avtomobil idarəetməni itirərək “Niva” markalı maşına çırpılıb.

Qaynar.info