Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 588 yeni yoluxma faktı qeydə alınıb, 1 185 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qaynarinfo-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 15 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 788 525 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 772 715 nəfər müalicə olunaraq sağalıb, 9 488 nəfər vəfat edib. 6 322 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 829, bu günə qədər isə ümumilikdə 6 585 992 test icra olunub.
Son bir gündə koronavirus (COVID-19) əleyhinə 28 427 vaksin vurulub.
Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 627, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 717, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 23 552, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 1 531 nəfərdir.
Vurulan vaksinlərin ümumi sayı 13 111 019, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 305 977, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 792 145, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 2 801 802, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 211 095 nəfər təşkil edir.