Xəbər lenti

Yoluxanların yeni statistikası
Ölkə12:33 02.06.2022

Yoluxanların yeni statistikası

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 7 yeni yoluxma faktı qeydə alınıb, 2 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qaynarinfo-ya verilən məlumata görə, ölən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 792 785 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 019 nəfər müalicə olunaraq sağalıb, 9 713 nəfər vəfat edib. 53 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 580, bu günə qədər isə ümumilikdə 6 901 055 test icra olunub.
Son sutkada 2 123 nəfər vaksinasiya olunub.
Gün ərzində birinci doza vaksinlərin sayı 326, ikinci doza vaksinlərin sayı 181 təşkil edib.
Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 1 438-dır. Pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı 178 olub.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 728 289, birinci doza peyvəndlərin ümumi sayı 5 348 519 , ikinci doza vaksinlərin sayı 4 849 400 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 3 284 160, pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı isə 246 210 olub.