Xəbər lenti

"YouTube" bu videoları siləcək
Texnologiya19:11 29.09.2021

"YouTube" bu videoları siləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"YouTube" videohostinqi dezinformasiya ilə mübarizə çərçivəsində dünyada təsdiq edilmiş koronavirusa qarşı peyvəndləri şübhə altına salan bütün videoları siləcək.
Bunu "YouTube"un vitse-prezidenti Mett Halprin deyib.
Onun sözlərinə görə, peyvəndlərin təhlükəli olduğunu və ya sağlamlığa uzun müddətli mənfi təsir göstərə biləcəyini göstərən bütün videolar videohostinqdən silinəcək.
Qeyd edilir ki, yeni qayda yalnız COVID-19-a qarşı dərmanlar deyil, bütün peyvəndlərə aiddir. (unikal.org)