Xəbər lenti

YPX avtomobili piyadanı vuraraq öldürdü
Ölkə17:52 10.09.2021

YPX avtomobili piyadanı vuraraq öldürdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakının Nizami rayonunda ağır yol qəzası baş verib.
Qaynarinfo  apa-ya istinadən xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.
1950-ci il təvəllüdlü Ağalarova Mirhəcər Miryaqub qızı sürət həddi saatda 90 km olan prospektdə piyada üçün müəyyən edilməmiş hissədən keçərkən onu Yol Patrul Xidmətinə məxsus 99-YP-358 dövlət nişanlı "BMW” markalı avtomobil vurub. Hadisəni törədən yol polis serjantı Əliyev Emil Güləsəd oğlu yaralını 3 saylı şəhər klinik xəstəxanasına çatdırsa da, ağır xəsarət alan qadın yolda dünyasını dəyişib.
Faktla bağlı cinayət işi başlanılıb.