Xəbər lenti

Yubanan aviareys Nyu-Yorkdan Bakıya gəldi
Ölkə11:33 07.01.2018

Yubanan aviareys Nyu-Yorkdan Bakıya gəldi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Con Kennedi Hava Limanında yubanan Nyu-York-Bakı aviareysi (J2-102) bazar günü saat 13:00-da paytaxta gəlib. 
Bu barədə Trend-ə "Azərbaycan Hava Yolları” şirkətindən məlumat verilib.
Dünən təxirə salınmış Nyu-York-Bakı aviareysi Bakı vaxtı ilə saat 02:31-də Con Kennedi Hava Limanından Bakıya yola düşüb.
Qeyd edək ki, aviareys Nyu-Yorkda çətin hava şəraiti ilə əlaqədar təxirə salınmışdır.