Xəbər lenti

Video 16:14 02.02.2024

Yük maşını qaz xəttinə çırpıldı, 3 min abonent qazsız qaldı (VİDEO)

Ötən gün gecə saatlarında paytaxtın Xəzər rayonu, Binə qəsəbəsi "Atçılıq” yaşayış massivində xarici dövlət qeydiyyat nişanlı yük avtomobili qaz xəttinə çırpılıb.

Qaynarinfo xəbər verir ki, qəza nəticəsində müxtəlif diametrli 150 metr uzunluğunda orta və aşağı təzyiqli qaz xətləri yararsız hala düşüb, 3000 abonentin qaz təchizatında fasilə yaranıb. Hadisə baş verəndən dərhal sonra təhlükəsizlik səbəbi ilə əraziyə təbii qazın verilişi dayandırılıb, qəzanın nəticələrinin aradan qaldırılması istiqamətində işlərə başlanılıb.

Bərpa işlərinin günün sonunadək yekunlaşdırılması nəzərdə tutulub.


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->