Avropada müşahidə edilən yüksək temperatur Qərbi Nil virusunun yayılmasına səbəb olub.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Yunanıstanda müşahidə edilən virus yay başlayandan bəri 11 nəfərin həyatına son qoyub, virusa yoluxanların sayı isə 107-dir.
Hökümətin məlumatına görə, ölkədə Qərbi Nil virusu ilk dəfə 2010-cu ildə aşkarlanıb və bu günə qədər 262 nəfərin yoluxmasına, 35 nəfərin ölümünə səbəb olub. Xəstəlik daha çox yaşlı insanlarda aşkar edilib və konkret müalicəsi yoxdur.
Qeyd edək ki, virus ağcaqanadlar vasitəsilə yayılır.
Gülşən