Xəbər lenti

Yunis Hüseynov əməliyyat olundu, ürəyinə stend qoyuldu
İdman 10:45 08.07.2022

Yunis Hüseynov əməliyyat olundu, ürəyinə stend qoyuldu

Azərbaycanın tanınmış mütəxəssislərindən olan Yunis Hüseynov əməliyyat edilib.
 
Qaynarinfo-nun əldə etdyi məlumata görə, veteran futbolçu ürəyindən əməliyyat olunub. Millimizin sabiq üzvünün ürəyinə stend qoyulub.

Qeyd edək ki, Yunis Hüseynov futbolçu karyerası ərzində "Neftçi", "Kəpəz" və "ANS Pivani" klublarında çıxış edib. "Neftçi" ilə 3 dəfə Azərbaycan çempionu, 3 dəfə ölkə kubokunun qalibi olub, iki dəfə "İlin futbolçusu" seçilib.

57 yaşlı mütəxəssis məşqçi karyerası ərzində "Karvan", "Standart", "Xəzər Lənkəran", "Kəpəz" və "Keşlə" klublarını çalışdırıb.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->