Xəbər lenti

Yunis Hüseynov: “Qorxaqlıq söhbəti boş şeydir”
İdman12:43 07.04.2022

Yunis Hüseynov: “Qorxaqlıq söhbəti boş şeydir”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanın tanınmış futbol mütəxəssilərindən olan Yunis Hüseynov millimizin baş məşqçisi Canni De Byazinin komandaya "qorxaq” deməsi ilə bağlı fikirlərini açıqlayıb. 
Veteran futbolçu Qaynarinfo-ya açıqlamasında bunarı deyib:
"Hər bir futbolçunun qüruru var və yığmada özünü yaxşı tərəfdən göstərmək istəyir. Uduzmaq istəmir, çünki orada bizim dövlətimizin adı, bayrağımız, şərəfimiz var. Qorxaqlıq söhbəti boş şeydir. Hər futbolçu meydançaya bunu fikirləşib çıxır. Sadəcə, bizim futbolçularda təcrübə çatışmazlığı var. Düzdür, deyə bilərsiz ki, uzun müddətdir yığmada oynayırlar, təcrübə çoxdur. Buna baxmayaraq, yenə də təcrübə baxımından geri qalır. Bu nə ilə əlaqədardır? Deyəcəm, yenə şablon çıxacaq. Çünki həmişə eyni fikirləri söyləmişəm. Futbolçuların zəif çempionatda oynamalarından irəli gəlir. "Qarabağ” həmişə avrokuboklarda çıxış edir. Buna baxmayaraq, millidə artım hiss olunmur. Xarici ölkələrin millilərinin minimum 3-4 nəfəri fərqli çempionatlarda çıxış edir. Bizdə isə belə deyil. Bundan əlavə, 8 komandalı çempionatdır, siz də razılaşarsınız, bir-iki oyun olur ki, maraqlı keçir. Hamı bilir ki, "Qarabağ” həddindən artıq güclüdür. Gərgin keçməyən oyunlarda da futbolçular "artıra” bilməz. Bu mənim praktikamda da var, 100 faiz belədir”.
Hüseynov italyan məşqçinin sözləri ilə razılaşıb-razılaşmadığı haqda sualı belə cavablandırıb:
"Onun sözləri ilə razılaşmıram. Potensiallarının imkan verdiyi qədər oynayırlar. Amma "qorxaq” sözü ilə razılaşmıram. Meydana 7-8 futbolçu buraxırsa, bunu qorxaqlıqla əlaqələndirmək düzgün deyil. Bu, sadəcə, taktiki seçimdir. Yəni müdafiə futboludur. Kənardan azarkeşlərə qorxaq oyun görünə bilər. Ancaq məşqçi hansısa oyuna görə taktika müəyyənləşdirir”.
Səbuhi Həsənov