Xəbər lenti

Yunis Hüseynov: “Vaxtında üstünə düşməsəydim, pis ola bilərdi”
İdman 12:26 12.07.2022

Yunis Hüseynov: “Vaxtında üstünə düşməsəydim, pis ola bilərdi”

"Qarabağ” bu gün Polşa çempionu "Lex”lə qarşılaşacaq. Səfərdə 0:1 hesabı ilə rəqibinə məğlub olan Ağdam klubunun Bakıda mərhələni adlayacağına inam böyükdür. Azərbaycanın tanınmış mütəxəssislərindən olan Yunis Hüseynov komandanın şanslarını dəyərləndirib.

Bir müddət əvvəl ürəyinə stend qoyulan məşqçi Qaynarinfo-ya açıqlamasında səhhəti ilə bağlı da danışıb: 

"Hazırda yaxşıyam. Əməliyyat deyəndə, stend qoydular. Bu gün çox adamın ürəyinə qoyulan bir şeydir. Ayın birində ağrı hiss etdim, həkimə getdim, baxdılar, gördülər damar tutulub. Sağ olsun həkimlər, dərhal stend vasitəsilə açdılar. Yaxşıyam, yaşayıram. Əməliyyatın səhərisi evə buraxıldım. Dedilər, 2 həftədən sonra futbol da oynaya bilərəm. Vaxtında üstünə düşməsəydim, pis ola bilərdi. İndi tıxanan damar obirilərindən daha yaxşı işləyir (gülür)”.

Hüseynov "Qarabağ”ın şanslarını dəyərləndirərkənsə bunları söyləyib:

"Təəssüf ki, "Qarabağ” səfərdə məğlub oldu. İnanıram ki, Bakıda mərhələni adlayacaq. Əslində Polşada "Qarabağ” qələbə qazanmalı idi. Çünki oyun onların üstünlüyü ilə keçdi. Şansları faizlə dəyərləndirsək 90-ın 10-adır. Bilirsiniz, ilk oyuna hazırlaşmaq üçün "Qarabağ”ın vaxtı az idi. Həm də çempionat bitəndən sonra millinin heyətində oynadılar. Çox istirahət edə bilmədilər. Büttün bunlara baxmayaraq, pis təsir bağışlamadılar. "Lex”dən üstün oynadılar. Zubirin iki zərbəsindən birini qapıçı qaytardı. Almeyda əlinə düşən imkandan istifadə edə bilsəydi, 2:0, 3:0 da qələbə qazana bilərdi. Lazım idi ki, "Qarabağ” ilk qolu vursun. Doğma azarkeşlər önündə "Qarabağ” daha yaxşı oynayır. Xüsusən də "Tofiq Bəhramov”da yaxşı təsir bağışlayırlar, nəinki Bakı Olimpiya Stadionunda. "Qarabağ”a uğurlar arzulayıram, inşallah, qalib gələcəyik”.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->