
Kosmos haqqnda hər gün yeni xəbərlər çıxır və inkişaf etmiş texnologiya vasitəsilə bu xəbərlər öz təsdiqini tapır.
Teleskoplar kosmosun dərinliklərini görə biləcəyimiz qədər yaxınlaşdırarkən, daha uzun məsafələri görməniz üçün yeni teleskoplar da yaranır. Yenə də içində yaşadığımız bu kainatın böyüklüyü ilə bağlı dəqiq məlumat yoxdur. Amma son məlumatlaragörə kosmosla bağlı bu 17 məlumat ağlınızı başınızdan alacaq.
1. Yer kürəsindən Günəş tutulmasını ona görə izləyə bilirik ki, Günəş Aydan 400 dəfə böyük olsa da, Ay Yer kürəsinə Günəşdən 400 dəfə daha yaxındır.

Bu müdhiş nisbət sayəsində Günəş tutulması zamanı Ay Günəşi tamamilə örtə bilir. Amma ayın orbitini dəyişməsinə görə, 50 milyon il ərzində hazırda olduğu kimi tam örtə bilməyəcək.
2. Günəş Günəş Sisteminin çəkisinin 99 faizini təşkil edir.

Günəş Sisteminin qalan 1 faizinə isə 8 planet və bu planetlərin peykləri, quyruqlu ulduzlar, asteroidlər və Günəşi əhatə edən müxtəlif toz və qazlar daxildir. Təbii ki, statusu çox qalmaqallı olan Pluton da o 1 faizə aiddir.
3. Günəşi təxminən bir qapı boyda təsəvvür etsək, Yer kürəsi qəpik böyüklüyündə olar.

Yer kürəsi Günəşin yanında o qədər balacadır ki, Günəşin içinə milyon dənə Yer kürəsi sığar.
4. Saturn kimi halqalı bir göy daşı daha var.

Çarliko ətrafında buza bənzər halqası olan bir obyektdir. 247 kilometr eni ilə Saturn və Uran arasında orbit kimi fırlanır.
5. Yer kürəsindən iki dəfə böyük olan və almazdan ibarət bir planet var.

"55 Cancri e" olaraq tanınan "Super Dünya" qrafit və almazla örtülüdür.
6. Yupiter və Saturnda yağış yerinə almaz yağır.

BBC-nin verdiyi məlumata görə, ildırım fırtınaları metanı karbona çevirir. Karbon enərkən qatılaşır, ilk qrafitə daha sonra almaza çevrilir.
7. Üfiqi olaraq şüşə yağan bir planet olduğunu demədən keçməyək.

2013-cü ildə "Hubble" teleskopu, Yer kürəsinə oxşar mavi planet kəşf etdi. Fərqi ondan ibarətdir ki, orda hava 1000 dərəcə istilikdədir və 6920 km sürətlə üfiqi olaraq şüşə yağır.
8. Kosmos demək olar ki, səssizdir.

Kosmosda heç kim sizin səsinizi eşidə bilməz. Bəzi titrəyiş və səs dalğası olsa da, insanların eşidəcəyi tezlikdə deyil.
9. Saturunun peyklərindən biri qoza oxşayır. Çünki bu peyk, Saturunun halqalarından bəzilərini özünə götürüb.

Pan adlı bu peyk Saturunun halqalarından qopan parçaları özünə çəkir. Elm adamları 2007-ci ildə bu teoremi ortaya atsa da, ilk dəfə 2017-ci ilin mart ayında fotosu çəkilmiş və bu teorem öz təsdiqini tapmışdır.
10. Günəş Sistemində ən böyük göy daşının diametri 539 km-dir.

Adı Vestadır. Manhattadan təxminən 25 dəfə böyükdür.
11. Günəş Sistemindəki bütün planetlər Ayla Günəşin arasına sığa bilir.

Hətta 8030 km-lik sahə boş qalır.
12. Marsda yalnız robotlar yaşayır.

Hazırda Marsda 6 robot var. Hər zaman "Marslı-Marslı" dediyimiz elə bizimkilərdir.
13. Yer kürəsində olan ağacların sayı, kainatdakı ulduzların sayından çoxdur.

Yer kürəsində ən son məlumata görə, 3 trilyon ağac var. Qalaktikada isə 100-400 milyard ulduz var.
14. Lakin bütün Kainatda, Yer kürəsində olan qum dənələrindən daha çox ulduz var.

Cəmi nə qədər ulduzun olduğunu təxmin etmək mümkün deyil. Çünki kainatın nə qədər böyük olduğu məlum deyil. Amma elm adamlarının təxmininə görə ulduzların təxmini sayı - 1000 000 000 000 000 000 000 000.
15. Marsda olan "Olympus Mons" dağının tutduğu sahə o qədər böyükdür ki, zirvəsində bir müşahidəçi dağın təpəsində olduğunu hiss etmir. Çünki dağın mailliyi, planetin qövsü səbəbi ilə görünməz vəziyyətdədir.

"Olympus Mons" Günəş Sistemində ən hündür dağdır. Tabanı, Arizona əyaləti qədər böyük və 25 km yüksəklikdə. Yəni, dünyanın ən yüksək dağının yüksəkliyinin təxmini 3 qatıdır.
16. Venerada bir gün...

Veneranın öz ətrafında dönməsi bizim zamanla 243 il çəkir. Günəşin ətrafında tam dönməsi isə bizim vaxtla 225 gün çəkir.
17. Aya enərkən yerdə qalan izlər, milyon il daha qalacaq.

Ayda külək, ya da su eroziyası olmadığı üçün meteorid gəlib üstünə düşməsə, izlər sonsuza qədər qalacaq.
Lalə Niftalıyeva
Qaynarinfo.Az