Xəbər lenti

Yuxudan güclə ayılırsınız? - O ZAMAN DİQƏT!
Ölkə05:10 14.06.2016

Yuxudan güclə ayılırsınız? - O ZAMAN DİQƏT!

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Yay aylarında bir çoxumuz yuxudan çətin və halsız qalxırıq. Amma bu vəziyyət gündəlik həyatımıza neqativ enerjiləri gətirir.

Qaynarinfo.az-ın məlumatına görə, yuxudan daha asan və pozitiv durmaq üçün bunları etmək lazımdır:

Daha rahat və gecə heç oyanmadan yuxu yatmaq üçün qaranlıq və səssiz otaqda yatmalısınız. Sabah asanlıqla oyanmaq üçün isə otağınıza günəş şüalarının düşməsi şərtdir. Otaq şəraitinin havası ilıq olmalıdır. Ona görə də, otağınızı havalandırmağı unutmayın.

Saatınızın zəngini çox tez qurub, yerinizin içində ləngiməyin. Çünki oyandığınız an durmalısınız.

Başucunuza hər zaman su qoyun. Oyanan kimi bir stəkan su içməklə maddələr mübadiləsini də hərəkətə keçirmiş olacaqsınız.

Günə başlarkən otağınızın pəncərələrini açın. Dərin-dərin nəfəs alın. Yüngül məşq hərəkətləri ilə qan dövranınızı artıra bilərsiniz .

Hər gün eyni saatda oyanmağa çalışın, həftə sonları da buna daxildir.

Zamanınız varsa ilıq bir duş alın, yoxsa bol su ilə üzünüzü yuyun. Su ilə təmassizin daha gümrah olmağınıza kömək edəcək.

Limon, portağal və lavanda ətirləri diqqət artırdığı üçün bu növdən duş geli və sabundan istifadə edə bilərsiniz .

Qayanrinfo.az