Xəbər lenti

Zabit Səmədov:
Ölkə 21:45 04.02.2026

Zabit Səmədov: "Facebook" mesajları məni rinqə qaytardı"

"Əslində, 2014-cü ildə karyeramı bitirmişdim və bir il rinqə çıxmadım. Lakin "Facebook"da xalqımın məni ruhlandıran mesajlarını oxuduqdan sonra yenidən idmana qayıtdım. 2022-ci ildə son döyüşüm Bakıda oldu və bununla da karyeramı tamamladım".

Bu sözləri Baku TV-yə müsahibəsində sabiq kikboksçu Zabit Səmədov deyib.

İdmançının sözlərinə görə, böyük nəticələr əldə etmək üçün əziyyət çəkmək, fiziki gücə və möhkəm xarakterə sahib olmaq, ən əsası isə sona qədər mübarizə aparmaq lazımdır:

"Bəzən istədiyin nəticəni əldə etməyə bilərsən, amma sona qədər getmək vacibdir. İdmanda qayda belədir. Mən hər bir qələbəmi zəhmətimlə qazanmışam. Hər bir döyüşçü həyəcan keçirir, çünki artıq tək deyilsən. Arxanda ilk növbədə ölkən, bayrağın, ailən və dostların dayanır. Onların döyüş anında keçirdiyi narahatlıq səni də həyəcanlandırır. Ancaq rinqə ayaq basan kimi bütün bunlar geridə qalır. O anda yalnız qalib gəlməyi düşünürsən".


--> -->